Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri zona konfransında iştirak etdilər

0

  •          İyun ayının 6-da QHT-dövlət münasibətlərinə həsr olunmuş növbəti Respublika zona konfransı Bərdə şəhərində keçirildi.      Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransında Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Xocalı, Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Laçın rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, həmin icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak etdilər.       Zona konfransında Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev hesabat xarakterli çıxış edərək İctimai Şuranın gördüyü işlər haqqında məlumat verdi. Qeyd etdi ki, rayon icra hakimiyyəti yanına ictimai şura yarandığı ilk vaxtlardan şəhid və qazi ailələrinə diqqət və qayğı göstərilməsində İctimai Şuranın üzvləri fəal iştirak edir, yerli səviyyədə qərarların qəbul olunmasında öz təkliflərini aidiyyəti quruma çatdırırlar.        Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın gördüyü işlər, keçirdiyi tədbirlər eyni adlı facebook səhifəsində, "Xocalının səsi" qəzetində, xocalininsesi.info saytında və İctimai Şuralar üçün vahid onlayn platforma olan ictimaishura.az saytında yaradılmış sub-menyuda işıqlandırılır.      Qalib Quliyev konfransda öz təkliflərini diqqətə çatdırıraq bildirmişdir ki, İctimai Şuraların fəaliyyət istiqamətinin genişləndirilməsi, üzvlərin vəzifə və səlahiyyətlərini dərindən bilməsi üçün təlimlərin keçirilməsi vacibdir. Eyni zamanda İctimai Şuralara diqqət və rəğbətin artırılması, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçün geniş maarifləndirilmə işləri aparılmalıdır.      Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam etdi, qaldırılan təkliflər qeydə alındı. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib48 dəfə
    Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri zona konfransında iştirak etdilər

    Maraqlı gələ bilər
    38
    41
    161
    46